ELM VƏ TƏHSİL


Mingəçevirdə STEAM Mərkəzi istifadəyə verilib

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də Mingəçevir şəhərində D.Nağıyev adına 9 nömrəli tam orta məktəbdə STEAM Mərkəzinin açılış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və digər qonaqlar iştirak ediblər.

Qonaqlar Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, sözügedən Mərkəz ölkə üzrə 14-cü STEAM Mərkəzidir. Bu günədək Mingəçevir şəhər R.Muradov adına Texniki-Humanitar Lisey, 7 nömrəli tam orta məktəb, Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseydə STEAM layihəsi tətbiq olunub. Mingəçevir üzrə 21 müəllim ümumilikdə təlimlərdən keçib. Layihə 575 şagirdi əhatə edir.

Qeyd edək ki, STEAM layihəsinin hər kəsə əlçatanlığının təmin edilməsi, həmçinin bu istiqamətdə xüsusi bilik və bacarıqlara malik təhsilalanların dərsdənkənar fəaliyyətinin həyata keçirilməsi, dünya səviyyəli yarış, müsabiqə və olimpiadalara hazırlığının təşkili məqsədilə ölkə üzrə müxtəlif regionlarda STEAM mərkəzləri yaradılmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.