REGİONLAR
Mingəçevirdə “Təmiz hava" aylığı çərçivəsində reyd keçirilib
Mingəçevir, 10 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Avqustun 1-dən 31-dək elan olunan "Təmiz hava" aylığı çərçivəsində Mingəçevirdə şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən reyd keçirilib.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları nəqliyyat vasitələrindən normadan artıq atılan zərərli tullantıların qarşısının alınması sahəsində işin səmərəliliyinin artırılması məqsədilə ölkə ərazisində mütəmadi reydlər keçirirlər.
Mingəçevir şəhərinin mərkəzi küçə və prospektlərində təşkil olunan növbəti reyd zamanı xüsusi cihaz vasitəsilə avtomobillərin mühərrikindən çıxan dəm qazının miqdarı yoxlanılıb. Reyd müddətində 40 avtomobil saxlanılıb, 20 sürücüyə protokol tərtib edilib.
Polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları sürücüləri texniki cəhətdən saz vəziyyətdə olmayan nəqliyyat vasitəsilə yola çıxmamağı məsləhət görüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]