CƏMİYYƏT


Mingəçevirdə baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Bakı, 25 may, AZƏRTAC

Mayın 24-də saat 13 radələrində Mingəçevir şəhərinin Şəfa bağlar sahəsi ərazisində Ağdam rayon sakini Z.Xudiyeva ərinə məxsus “Opel” markalı avtomobili idarə edərkən şəhər sakinləri olan 13 nəfəri (onlardan 9-u azyaşlı olub) vurub və hadisə nəticəsində onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onlara ilkin tibbi yardım göstərildikdən sonra 10 nəfəri evə buraxılıb, 3-nün isə müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.