CƏMİYYƏT


Mingəçevirdə çağırışçılar həqiqi hərbi xidmətə yola salınıblar

Bakı, 7 yanvar, AZƏRTAC

Yanvarın 7-də Mingəçevirdən olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Xidmətin Mingəçevir şəhər şöbəsinin şəxsi heyəti, şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müharibə veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi, polkovnik Şirvan Xasıyev Vətəni qorumaq kimi müqəddəs vəzifəni icra edəcək gəncləri təbrik edib. O, həqiqi hərbi xidməti hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov hərbi xidmətə yola düşən gənclərin Vətənə şərəf və ləyaqətlə xidmət edəcəklərinə əmin olduğunu bildirib, onlara doğmalarının yanına qalib əsgər kimi qayıtmağı arzulayıb.

Çıxış edən müharibə veteranları, çağırışçılar və onların valideynləri gənclərə həqiqi hərbi xidmətdə müvəffəqiyyətlər diləyib, çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, verilən əmr və tapşırıqların vaxtında yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonda gənclər Azərbaycan bayrağının altından keçərək xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.