Mingəçevirdə dəyirmi masa təşkil olunub
AzerTAg.az
Bakı, 18 may, AZƏRTAC
Mingəçevir Gənclər evində Gənclərin III Təşəbbüs Forumu çərçivəsində “Gənclər siyasəti Azərbaycan və Rusiya regionları kontekstində” mövzusunda diskussiyalı dəyirmi masa təşkil olunub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov azərbaycanlı və rusiyalı iştirakçılara başçılıq etdiyi qurumun gənclərlə bağlı fəaliyyətindən və “Yeni nəsil” proqramından - Rusiyanın əksər regionlarında keçirilən tədbirdən söhbət açıb.
Dağıstan Respublikasının, Həştərxan vilayətinin və Nijeqorod vilayətinin gənclərin işi üzrə nazirliklərinin, Azərbaycan gənclər evlərinin, digər gənclər və könüllülər təşkilatlarının təmsilçiləri öz layihələrini təqdim edib, regionlararası əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.






Xəbərin mətnində orfoqrafik səhv var