İDMAN


Mingəçevirdə futbol hakimləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

Bakı, 21 yanvar, AZƏRTAC

Mingəçevirdə təlim-məşq toplanışında olan futbol hakimləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Hakim olaraq dürüstlük məsələləri və danışılmış oyunlar haqqında nələri bilməlisiniz?”, “Əsas məqsəd sizi və futbolu qorumaqdır” mövzularında çıxış edib, İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında məlumat verib.

Maarifləndirici və hesabat xarakterli təqdimatla çıxış edən S. Səlimli hakimlərin suallarını cavablandıran zaman bildirib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda AFFA-nın saytına əlavə edilmiş linkə daxil olub və bu haqda məlumat vermək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.