ELM VƏ TƏHSİL


Mingəçevirdə gənc müəllimlərlə görüş keçirilib

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətində gənc müəllimlərlə görüş keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə təhsil sahəsində aparılan islahatlardan və əldə edilən nəticələrdən danışıb. Nazir müavini müəllimlərin bilik və bacarıqlarının artırılması, təhsildə baş verən yeniliklərin mənimsənilməsi, şagirdlərlə qarşılıqlı ünsiyyətin uğurlu formalaşması məsələlərinə də toxunub.

F.Qurbanov müəllimlərin peşə fəaliyyətinin artırılması məqsədilə İKT, dil bacarıqlarının inkişaf etdirilməsi və onların tədris prosesində tətbiqinin zəruriliyini vurğulayıb.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.