CƏMİYYƏT


Mingəçevirdə ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər barəsində tədbirlər görülüb

Bakı, 22 iyul, AZƏRTAC

Mingəçevir Şəhər Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları karantin rejiminin qayda və tələblərinə riayət olunması məqsədilə nəzarət-profilaktik tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb. Yol polisləri onları avtobuslarda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sərnişinlər və sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyənləşdiriliblər. Onlara tibbi maskalar paylanılıb. Edilən xəbərdarlıqlara məhəl qoymayanlar barəsində isə inzibati tənbeh tədbiri görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.