İDMAN


Mingəçevirdə məktəbli qızlar arasında futzal turniri keçiriləcək

Bakı, 30 noyabr, AZƏRTAC

Dekabrın 1-2-də Mingəçevirdə 13 yaşadək məktəbli qızlar arasında futzal turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin idman zalında baş tutacaq yarışda rayonun 12 məktəbindən 120 şagird iştirak edəcək.

Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 oyun keçiriləcək. Növbəti gün isə play-off mərhələsinin oyunları təşkil olunacaq.

AFFA və UEFA tərəfindən iştirakçı komandalar idman geyimləri və ayaqqabılarla təmin olunacaq. Turnirdə ilk üç yeri tutan komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim ediləcək.

Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar Futzal Kuboku” layihəsi sayca ikinci dəfədir təşkil olunur. İlk layihə oktyabrın 27-28-də Qubada keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.