CƏMİYYƏT


Mingəçevirdə mənzillərdən 55 min manatlıq oğurluq edib, mərc oyunlarına xərcləyən şəxs saxlanılıb VİDEO

Bakı, 13 may, AZƏRTAC

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 2020-ci ildən etibarən şəhər ərazisindəki mənzillərdən silsilə oğurluqlar edən, əvvəllər də oxşar cinayət əməlinə görə bir neçə dəfə məhkumluq həyatı yaşayan Asiman Allahverdiyev tutularaq istintaqa təqdim olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxsin ümumilikdə 13 mənzildən 19 min manata yaxın pul və 36 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyənləşdirilib. O, istintaqa verdiyi ifadəsində oğurladığı qızıl-zinət əşyalarını Bakı və Gəncə şəhərlərində satdığını, əldə etdiyi pulu isə onlayn mərc oyunlarına xərclədiyini bildirib. Asiman Allahverdiyevin cinayət yolu ilə əldə etdiyi qızıllardan bir neçəsi polis əməkdaşları tərəfindən satdığı yerlərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. A.Allahverdiyevin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in 102 - Zəng Mərkəzinə və ya Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.