CƏMİYYƏT


Mingəçevirdə polis əməkdaşları məktəblilərin qonağı olub

Bakı, 27 yanvar, AZƏRTAC

Mingəçevir şəhər 16 saylı tam orta məktəbdə “Narkomaniya əsrin bəlasıdır”, “Dini radikalizmə qarşı mübarizə” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə şəhər polis və təhsil şöbələrinin əməkdaşları, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Narkomaniyanın zərərləri ilə bağlı məktəblilərə məlumat verən şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən danışıb, yeniyetmələrə belə zərərli vərdişlərdən uzaq olmalarını tövsiyə edib. “Ağ ölüm”ün əsrin bəlası olduğunu qeyd edən polis polkovniki təhsil müəssisələrində bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.

Çıxış edənlər erkən nikah və dini radikalizmin fəsadları ilə bağlı məktəblilərə ətraflı məlumat verib, bu kimi hallara qarşı birgə mübarizənin aparılmasının vacibliyini vurğulayıblar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.