CƏMİYYƏT


Mingəçevirdə qadının boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb

Bakı, 15 iyun, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzinə və Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən bir qadın naməlum şəxsin onun üzərindəki qızıl boyunbağını soyğunçuluq yolu ilə ələ keçirməsi barədə məlumat verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, həmin hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Anar Yusifli şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində saxlanılıb. Ondan soyğunçuluqla ələ keçirdiyi həmin boyunbağı maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 180.1-ci (Soyğunçuluq, yəni, özgənin əmlakını açıq talama) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.