CƏMİYYƏT
Mingəçevirdə qanunsuz şəkildə güclü təsiredici dərmanlar satan aptek müdiri saxlanılıb
Bakı, 25 noyabr, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinə şəhərdə fəaliyyət göstərən apteklərdən birində güclü təsiredici xüsusiyyətlərə malik dərmanların qanunsuz şəkildə satılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dərman preparatlarını qanunsuz olaraq satdığı üçün aptekin müdiri Eldəniz Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Aptekə keçirilmiş baxış zamanı oradan güclü təsiredici xüsusiyyətlərə malik 77 dərman preparatı aşkarlanaraq götürülüb.
Faktla bağlı Şəhər Polis Şöbəsində araşdırma aparılır.