CƏMİYYƏT


Mingəçevirdə sahibkarlarla görüşdə qida təhlükəsizliyi barədə danışılıb

Bakı, 11 aprel, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi sahibkarların maarifləndirilməsi ilə əlaqədar növbəti tədbiri Mingəçevirdə keçirib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə iştirak edən sahibkarlara agentliyin fəaliyyət istiqamətləri, o cümlədən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması qaydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qeydiyyatdan keçən subyektlər daim nəzarətdə saxlanılır və onlarla sıx əməkdaşlıq edilir.

Müasir standartlara cavab verən kəsim məntəqələrinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara metodiki dəstək göstəriləcəyi iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə Qida Təhlükəsizliyi İnstitutunun göstərdiyi xidmətlər barədə də sahibkarlara geniş məlumat verilib.

Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.