REGİONLAR


Mingəçevirdə sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Mingəçevir, 17 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi növbəti dəfə reyd keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis leytenantı Mahir Məsimov AZƏRTAC-a bildirib ki, reyd zamanı sərnişindaşıma üzrə sürücülük hüququ olmayan, cərimələri ödəməyən, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşib. Reyddə polis əməkdaşlarına tabe olmayan sürücülər də aşkarlanıb. Onlara qarşı da protokollar tərtib olunub.

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədovun sözlərinə görə, 2 saat ərzində şəhərin müxtəlif ərazilərində keçirilən reyddə sərnişindaşımada sıxlıq yaradan 16 sürücüyə qarşı protokol tərtib edilib. Avtomobillərdə görməni məhdudlaşdıran qara plyonkadan və pərdədən hələ də istifadə edən 18 sürücüyə də protokol yazılıb.

Mütəmadi təşkil olunan reydlərdə əsas məqsəd sərnişindaşımada xidmətin keyfiyyətini yüksəltməkdir. Qeyd edək ki, reyd zamanı polisə müqavimət göstərən məsuliyyətsiz sürücülər də olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.