MƏDƏNİYYƏT


Mingəçevirdə təcrübəli rəssamın fərdi sərgisi açılmışdır

Mingəçevir, 7 may (AZƏRTAC). Mingəçevir şəhərində təcrübəli rəssam Abdulla Məmmədovun fərdi sərgisi açılmışdır.

AZƏRTAC xəbər verir ki, Mingəçevir Dövlət Rəsm Qalereyasında təşkil edilən rəsm sərgisinin açılış mərasimində çıxış edənlər 40 illik yaradıcılıq yolu keçmiş rəssamın əsərlərinin xüsusiyyətlərindən, sərginin əhəmiyyətindən danışmış, ona gələcək fəaliyyətində uğurlar arzulamışlar.

Məlumat verilmişdir ki, bir ay davam edəcək sərgidə əsasən yağlı boya ilə işlənmiş, müxtəlif mövzuları əhatə edən 43 sənət əsəri nümayiş olunur.

Əsərləri indiyədək respublikamızda təşkil olunan mötəbər rəsm sərgilərində nümayiş olunan A.Məmmədov hazırda Mingəçevir Şəhər Uşaq Yaradıcılıq Mərkəzində dərnək rəhbəridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.