CƏMİYYƏT


Mingəçevirdə yol polisi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda reyd keçirib

Bakı, 16 noyabr, AZƏRTAC

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının qarşısının alınması, karantin rejimi qaydalarına riayət olunması məqsədilə gündəlik olaraq şəhər ərazisində nəzarət profilaktik-maarifləndirmə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxsləri, həmçinin karantin rejiminin tələblərini pozaraq, normadan artıq sərnişin götürən sürücüləri aşkarlamaq məqsədilə reyd keçiriblər. Reyd zamanı bəzi sərnişinlərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkar olunub. Polis əməkdaşları tərəfindən karantin rejiminin tələbləri onların diqqətinə çatdırılıb və həmin sərnişinlərə tibbi maska paylanılıb. Normadan artıq sərnişin götürən sürücülərə isə ciddi xəbərdarlıq olunub və qaydalara riayət etmələrinin vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.