REGİONLAR
Mini futbol üzrə Yevlax şəhər birinciliyinin qalibi məlum olub
Yevlax, 6 may, AZƏRTAC
Yevlaxda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə gənclər arasında mini futbol üzrə şəhər birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon Təşkilatı və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda idarə, müəssisə və təşkilatların gənclərdən ibarət komandaları iştirak ediblər.
YAP Yevlax rayon Təşkilatının Aparat rəhbəri Rafiq Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev yarışın açılış mərasimində çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, gənclərə və idmana göstərdiyi diqqət və qayğıdan danışıb, komandalara uğurlar arzulayıblar. Sonra yarış başlayıb.
YAP Yevlax rayon Təşkilatının komandası gənclər arasında keçirilən mini futbol üzrə şəhər birinciliyinin qalibi olaraq yarışın kubokunu qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]