İDMAN


Minifutbol turnirinə start verilib

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş minifutbol çempionatına start verilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, turnirdə Nazirliyin Aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 34 komandası iştirak edir.

Çempionatın yekununda qaliblərə İqtisadiyyat Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin kuboku, fəxri fərman və hədiyyələr təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.