İDMAN


Minifutbol üzrə ölkə çempionatında pley-off mərhələsinə yüksələn komandalar müəyyənləşib

Minifutbol üzrə ölkə çempionatında pley-off mərhələsinə yüksələn komandalar müəyyənləşib

Bakı, 30 mart, AZƏRTAC

Minifutbol üzrə Azərbaycan çempionatında pley-off mərhələsinə yüksələn səkkiz komanda müəyyənləşib.

AZƏRTAC Azərbaycan Minifutbol Federasiyasına istinadla xəbər verir ki, XVII turda qeydə alınan nəticələrdən sonra turnir cədvəlinin ilk səkkizliyində qərarlaşan komandalar mübarizəni davam etdirəcəklər.

Yarışın ilk mərhələsini lider kimi tamamlayan “Zirə” komandası “Veteran”la qarşılaşacaq. “Birbaşa” komandası turnir cədvəlində yeddinci yerin sahibi Şuşanın “Qalaksi” kollektivi ilə görüşəcək. Digər iki oyun isə “Odlar yurdu” ilə “Qarabağ”, “Bakı” və “Real” arasında keçiriləcək.

Çempionatın pley-off mərhələsinin görüşləri iki oyundan ibarət olacaq.

Matçlar aprelin 4-də Bakı Tennis Akademiyasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.