Minlərlə qadın İrəvanın küçələrinə çıxaraq Paşinyanın istefasını tələb edir
AzerTAg.az
Bakı, 7 may, AZƏRTAC
Müxtəlif siyasi partiyaları təmsil edən bir neçə min qadın İrəvan küçələrində yürüşə başlayıb.
AZƏRTAC Ermənistan mediasına istinadla xəbər verir ki, yürüş iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirərək baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Mayın 1-dən başlayaraq İrəvanda vətəndaş itaətsizliyi aksiyaları təşkil edən müxalifət hərəkatının liderləri bu gün mitinq keçirmək üçün Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzora gediblər.
Qeyd edək ki, aprelin 25-dən etibarən Ermənistanda müxalifətin miqyaslı etiraz aksiyaları keçirilir. Paşinyanın istefasını tələb edən nümayişçilərin fikrincə, hakimiyyətin apardığı siyasət dövlətçiliyin itirilməsi ilə nəticələnə bilər.

Xəbərin mətnində orfoqrafik səhv var