CƏMİYYƏT


Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçiriblər VİDEO

Bakı, 26 oktyabr, AZƏRTAC

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində yaşayan soydaşlarımız Kapitol binasının önündə icazəli aksiya keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aksiya zamanı işğalçı Ermənistan ordusunun Gəncə şəhərində terror aktları törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi pislənilib.

Minnesota Azərbaycan icmasının təşəbbüsü ilə keçirilən aksiyada soydaşlarımız Gəncə terrorunun qurbanlarının xatirəsini yad edib, erməni separatizminin nəinki Azərbaycana, bütövlükdə bəşəriyyətə qarşı böyük təhlükə olduğunu bildiriblər.

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti qınayan aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti ölkəmizin haqq səsini eşitməyə və mülki əhaliyə qarşı törədilən terror aktlarına biganə qalmamağa səsləyiblər.

Aksiya iştirakçıları Azərbaycanın dövlət himnini oxuduqdan sonra əllərində tutduqları “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi plakatlarla Hennepin dairə məhkəməsinin binasından Nikolet Mola doğru yürüş ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.