İDMAN


“Minsk 2019”: Azərbaycan avarçəkəni yarımfinal mərhələsinə vəsiqə qazanıb

Minsk, 26 iyun, AZƏRTAC

Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında kayak və kanoelərdə avarçəkmə yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, bu idman növündə Azərbaycanın yeganə təmsilçisi Mariya Lorena Manolitsa iyunun 26-da mübarizəyə qoşulub.

Qadınların K-1 növü üzrə 200 metr məsafəyə yarışlarında Mariya Lorena Manolitsa ilkin mərhələdə qüvvəsini sınayıb. Finişə 44,750 saniyəyə çatan təmsilçimiz ilk qrupda 6-cı olub. O, bu göstərici ilə yarımfinal mərhələsinə yüksəlib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.