İDMAN


“Minsk 2019”: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala yüksəlib

Minsk, 26 iyun, AZƏRTAC

İyunun 26-da Azərbaycanın iki sərbəst güləşçisi ikinci Avropa Oyunlarında yarımfinala yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan yığmasının üç güləşçisi döşək üzərinə çıxıb.

Üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev səkkizdəbir finalda Ermənistan idmançısı Valodya Franqulyanı 6:0, dörddəbir finalda isə belaruslu Georgi Koliyevi 7:5 hesabları ilə məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Onun finala gedən yolda rəqibi Ukrayna idmançısı Hor Ohanesyan olacaq.

Nurmaqomed Qadcıyev (97 kq) əvvəlcə Polşa güləşçisi Radoslav Barana 8:0, dörddəbir finalda isə Gürcüstan təmsilçisi Elizbar Odikadze üzərində 7:3 hesablı qələbə qazanaraq yarımfinala adlayıb. İdmançımız bu mərhələdə Ukrayna güləşçisi Murazi Mçedlidze ilə qarşılaşacaq.

Qadınların yarışında mübarizəyə qoşulan İrina Netreba (68 kq) yarışa uğursuz başlayıb. O, səkkizdəbir finalda isveçli Cenni Franssona məğlub olub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.