İDMAN


“Minsk 2019”: Güləşçimiz Aleksandr Qostiyev bürünc medal uğrunda mübarizə aparacaq

Minsk, 25 iyun, AZƏRTAC

İyunun 25-də ikinci Avropa Oyunlarının sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan pəhləvanı Aleksandr Qostiyev (86 kq) finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, güləşçimiz yarımfinalda Rusiya təmsilçisi Dauren Kuruqliyev ilə qarşılaşıb. Görüşdə 3:6 hesabı ilə uduzan pəhləvanımız bürünc medal uğrunda mübarizə aparacaq.

A.Qostiyev səkkizdəbir finalda Moldova təmsilçisi Denis Balaur üzərində 7:1 hesablı qələbə qazanıb. O, dörddəbir finalda gürcüstanlı Sandro Aminaşvilini məğlub edib – 6:2.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.