SİYASƏT
Minsk Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO
Kiyev, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya dövlət müstəqilliyimizin bərpasının 30-cu ildönümü münasibətilə təşkil olunub.
Axşam saatlarından etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb və videoproyeksiya edilib.
Videogörüntü şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]