SİYASƏT


Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı bəyanat yayıblar

Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı bəyanat yayıblar

Bakı, 21 aprel, AZƏRTAC

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə videokonfrans formatında görüşü ilə bağlı birgə bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a ATƏT-dən məlumat verilib.

Bəyanatda qeyd edilir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) bugünkü birgə videokonfrans da daxil olmaqla, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə martın ortalarından sıx məsləhətləşmələr keçirir.

Məsləhətləşmələrin gedişatında iştirakçılar qlobal böhranın regionun səhiyyə sisteminə və son hadisələrə təsirini müzakirə ediblər. Onlar, həmçinin Cenevrədə bu ilin 30 yanvarında yayılmış birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində növbəti addımları nəzərdən keçiriblər.

Etiraf edilib ki, COVID-19 pandemiyası nəticəsində yaranmış fövqəladə vəziyyətə görə daha əvvəl uyğunlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsi təxirə salınıb. Həmçinin nazirlərin şəxsi görüşləri və həmsədrlərin Cenevrədə razılaşdırılmış regiona səfərləri təxirə salınıb. Bununla belə, bu tədbirlərin hazırlığı üzrə lazımlı iş davam edir.

Həmsədrlər indiki şərtlərdə atəşin dayandırılmasına ciddi riayət etməyin və fitnəkar hərəkətlərdən çəkinməyin əhəmiyyətini vurğulayıblar və tərəfləri gərginliyin sonrakı dövrdə azaldılması üçün tədbir görməyə çağırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.