SİYASƏT
Minsk qrupunun erməni rəzilliyinin himayədarı statusunu müdafiə etməsi yolverilməzdir
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən gün xalqa növbəti müraciətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllində bitərəf deyil, konkret olaraq tərəf olduğunu bəyan etdi. Dövlətimizin başçısı çox açıq və konkret şəkildə bəyan etdi ki, münaqişənin həllində yardımçı olmalı olan ATƏT-in Minsk qrupu ötən illər ərzində yalnız və yalnız işğalçının mövqeyini müdafiə edib, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına hüquqi don geyindirməyə çalışıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri, YAP Siyasi Şurasının üzvü Hüseyn Paşayev deyib. O bildirib ki, Prezident İlham Əliyev müraciətində bəyan etdi ki, biz artıq bu cür sonu görünməyən və mənasız danışıqlardan boğaza yığılmışıq. Buna bir son verilməli idi. Haqqı tapdalanmış Azərbaycan xalqının iradəsi ortadadır. Bizim tələb etdiyimiz haqqı beynəlxalq hüquq da müdafiə edir. Bəs, prosesin yekunlaşmasına, münaqişənin birdəfəlik həll edilməsinə mane olan nədir? Bu maneələri hər birimiz açıq-aydın görürdük. Amma danışıqların birbaşa iştirakçısı kimi Prezident İlham Əliyev daha çox şeylər bilirdi. O, Qarabağ ətrafında hansı mənfur oyunların getdiyini daha yaxşı görürdü. O, daha çox təzyiqlərlə üzləşirdi və bu təzyiqlərə Azərbaycan naminə sinə gərirdi. Təbii ki, münaqişə açıq müstəviyə - hərb müstəvisinə keçəndən sonra ATƏT-in Minsk qrupunda həmsədrliyi bölüşən ölkələr özlərinin əsl simalarını gizlədə bilmədilər. Maska yırtıldı və bu həmsədr maskasının arxasından erməni üfunəti yayılmağa başladı. Bu yerdə təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev daha susa bilmədi. Nəhayət, Qarabağ ətrafında buzlar sentyabrın sonlarından əriməyə başladı. Elə bu buzların əriməsində Ermənistanın, erməni təxribatının, ermənilərin daha çox torpaq qoparmaq hərisliyi də əsas rol oynadı. Lakin Azərbaycanın qətiyyətli iradəsi ortada idi. Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu erməni təxribatına qarşı layiqli cavab verdi və bu atəşkəs-atəşkəs oyunundan birdəfəlik yaxa qurtarmaq üçün əks-həmləyə keçdi. Bu, Azərbaycan xalqının uzun illər gözlədiyi gün idi. Ermənilər it kimi qaçır, çaqqal kimi hücuma cəhd edirdilər. Ermənilərin gözləntiləri, erməni ordusu haqqında mif əsgərlərimizin ilk həmləsindəcə sabun köpüyünə döndü. Bu yerdə tülkü xislətli ermənilər yenidən havadarlarının ətəyindən yapışdılar, Müzəffər Ali Baş Komandanımız demişkən, vasitəçilərin dabanlarını yalamağa başladılar. Təbii ki, həmişə sülh tərəfdarı olmuş Azərbaycan münaqişənin dinc yolla həllinə yönəlik danışıqlara razılıq verdi. Bəs, nəticəsi? Ermənistan, onun başıpozuq, azğın, terrorçu dəstələri ilk dəfə olaraq Moskvada əldə olunmuş humanitar atəşkəs rejimini pozdular. Birinci atəşkəs ermənilərin özlərinin aramsız yalvarışları sayəsində Rusiyanın vasitəçiliyi ilə əldə olundu. Moskvada atəşkəs haqqında bəyanatın mətni elan olunandan bir neçə saat sonra ermənilər onu dəfn etdilər. Növbəti dəfə atəşkəslə bağlı razılıq ermənilərin bu münaqişədə açıq-aşkar himayədarı olan Fransanın vasitəçiliyi ilə əldə edildi. Bu dəfə isə rəsmi Paris ermənilərin ənənəvi həyasızlığı ilə üzləşməli oldu.
Nəhayət, ATƏT-in digər həmsədri olan ABŞ, taleyi əvvəlcədən hər kəsə bəlli olan bu missiyanı öz üzərinə götürdü. ABŞ-da münaqişənin həllinə dair gurultulu bəyanatlar elə erməni toplarının gurultusu altında eşidilməz oldu. Rusiya Senatının üzvü Puşkovun əvvəlcədən dediyi kimi, ABŞ nəyə istinad edirdi və rəsmi Vaşinqton ermənilərin ipinin üstünə odun yığanda onun üzərinə İrəvan tərəfindən benzin töküləcəyini bilmirdimi?
“Siz vasitəçilər, erməni havadarları, ermənisevərlər nə vaxtadək beynəlxalq norma və prinsipləri, humanitar tələbləri saymazyana, kobudcasına tapdalayan Ermənistanın qudurğan davranışlarına dözəcəksiniz. Nə vaxta qədər rəzillik nümayiş etdirəcəksiniz?”, - deyə H.Paşayev Minsk qrupunun həmsədrlərinə müraciətlə bildirib.