CƏMİYYƏT


Minskdə MDB dövlətlərinin milli elektron səhiyyə sistemlərinin inteqrasiyası məsələləri müzakirə edilib

Bakı, 10 sentyabr, AZƏRTAC

Belarus Diplomsonrası Təhsil Tibb Akademiyası bazasında MDB-nin iştirakçısı olan dövlətlərin milli elektron səhiyyə sistemlərinin inteqrasiyası məsələləri üzrə İşçi Qrupunun iclası keçirilib. AZƏRTAC Belarus Respublikası Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, gündəlikdə MDB-də Teletibb Yol Xəritəsinin hazırlanması məsələsi olub.

Belarus Respublikası səhiyyə nazirinin müavini Dmitri Çeredniçenko tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, “dünya hər gün dəyişir: əgər son iki yüzillik sənayenin sürətli inkişaf mərhələsi oldusa, XXI əsr informasiya texnologiyalarının inkişaf dövrüdür. Rəqəmsal səhiyyənin yaradılması və inkişafına istiqamətlənmə, istisnasız olaraq Birliyin bütün dövlətlərinin iqtisadiyyatının rəqəmsal transformasiyasının ayrılmaz hissəsidir".

Müşavirədə qeyd olundu ki, bu gün MDB-nin iştirakçısı olan bütün dövlətlər səhiyyədə İKT-ni fəal şəkildə tətbiq edirlər. Bu da öz növbəsində tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının artırılmasına səbəb olur.

İclas iştirakçıları MDB-nin iştirakçısı olan dövlətlərin teletibb transsərhəd qarşılıqlı fəaliyyətinin inkişafına dair Yol Xəritəsini müzakirə ediblər. Sənəd Belarus Respublikasının mütəxəssisləri tərəfindən hazırlanıb.

Ekspertlər, avtomatlaşdırılmış transsərhəd teletibb məsləhət sisteminin (TTM) 2023-cü ildə daimi istifadəyə verilə biləcəyini ehtimal edirlər. Bundan əvvəl, milli qanunvericiliyə uyğun olaraq transsərhəd TTM üçün biznes prosesi hazırlamaq, məlumatların qorunmasına qarşı tələbləri razılaşdırmaq, transsərhəd TTM aparmaq üçün xəstəliklərin, tibbi sənədlərin siyahısını və onların məzmununu müəyyən etmək, transsərhəd TTM-nin təmin edilməsi üçün tibbi və texniki personala təlim keçmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.