CƏMİYYƏT


Minskdə MDB ölkələrinin Diabet problemləri üzrə Ekspert Şurasının iclası keçirilib

Bakı, 8 iyun, AZƏRTAC

Minskdə MDB-nin İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələrin Diabet problemləri üzrə Ekspert Şurasının iclası keçirilib.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, görüş videokonfrans rejimində keçirilib. Şura üzvləri 2016-2020-ci illərdə şəkərli diabetin profilaktikası və müalicəsi üzrə Əməkdaşlıq Proqramının icrasının gedişini müzakirə ediblər, 2021-2025-ci illər üçün analoji proqram layihəsinə dair təklifləri nəzərdən keçiriblər.

Bundan əlavə, Ekspert Şurası şəkərli diabet xəstəliyinə tutulma hallarının artmasına qarşı mübarizədə MDB ölkələrinin əməkdaşlığına dair 14 noyabr 2008-ci il tarixli Sazişin aktuallaşması məsələsinin məqsədəuyğunluğu barədə qərar qəbul ediblər, bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ekspert Şurası 2019-2020-ci illər üçün fəaliyyət planını təsdiq edib, Qırğızıstan tərəfindən ümumi tibbi praktika ilə məşğul olan həkimlərin diabetdən əziyyət çəkən pasiyentlərin müalicəsinə dair iş təcrübəsi barədə informasiyanın, DST-nin Avropa Regional Bürosundan diabetologiyada və əlaqədar sahələrdə DST metodologiyası ilə tədqiqatların analitik şərhinin, MDB Parlamentlərarası Assambleyası nümayəndəsindən diabet assosiasiyalarının fəaliyyəti haqqında məlumatın təqdim olunmasını xahiş etmək barədə qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.