İQTİSADİYYAT


Miqel Silva Pinto: Azərbaycanda vergi və gömrük sahəsində aparılan islahatlar çox mütərəqqidir

Bakı, 18 fevral, Ramiz Quliyev, Elvin Camalov, AZƏRTAC

Azərbaycanda vergi və gömrük sahəsində həyata keçirilən islahatlar çox mütərəqqidir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forumda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) baş katibi Miqel Silva Pinto deyib.

Baş katib bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın Vergilər Nazirliyi ilə 2002-ci ildən əməkdaşlıq edir: “Bu əməkdaşlıq əsasən mövcud praktiki məsələlər, o cümlədən vergidən yayınma kimi aktual problemləri əhatə edir”.

Miqel Silva Pinto, həmçinin Azərbaycana ilk dəfə səfər etdiyini və Bakının gözəlliyinə vurulduğunu diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.