CƏMİYYƏT


Miqrantlara sağlamlıqla əlaqədar maarifləndirici seminar keçirilib

Bakı, 28 fevral, AZƏRTAC

Artıq 7 ildir ki, Bakıda məskunlaşan müxtəlif ölkələrdən olan miqrantlara Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan dili kursları həyata keçirilir.

Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, miqrantlara mütəmadi olaraq, sağlamlıqla əlaqədar silsilə tibbi-sosial və psixoloji mövzulara aid seminarlar da təşkil edilir.

BMT-in Miqrantlara Yardım Komitəsinin Qaçqın qadın və gənclər mərkəzində Azərbaycan dili kursunda iştirak edən miqrantlara “Vərəm xəstəliyi və onun profilaktikası” mövzusunda seminar keçirilib. “İcmaya əsaslanan sağlamlıq” proqramının koordinatoru Mətanət Qaraxanova seminar iştirakçılarına vərəm xəstəliyinin dünyada yayılması, yoluxma yolları, əlamətləri, müalicəsi prinsipləri barədə ətraflı məlumat verib.

Nitq səlistliyini qiraət yolu ilə inkişaf etdirmək məqsədilə Azərbaycan dili müəllimi Sona Hacıyeva cəmiyyətin könüllüləri tərəfindən hazırlanan “Sağlamlıq ölkəsinin əhvalatı” hekayəsini miqrantlarla birgə oxuyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.