CƏMİYYƏT


“Miqrasiya Könüllüsü” İctimai Birliyinin “PR Məktəb 2” layihəsi uğurla başa çatıb

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Dövlət Miqrasiya Xidmətinin (DMX) təşkilati dəstəyi ilə “Miqrasiya Könüllüsü” İctimai Birliyinin “PR Məktəbi 2” layihəsi uğurla başa çatıb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar keçirilən mərasimdə çıxış edən Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti, “Alibəyov” kommunikasiya və konsaltinq şirkətinin rəhbəri Vəli Əlibəyov və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Aydan Haşımova layihə iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb və gənclərin layihə çərçivəsində qazandığı biliklərin gələcək karyeralarına mühüm töhfə verəcəklərinə əminliklərini ifadə ediblər.

Daha sonra iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, iki ay davam edən “PR Məktəbi-2” layihəsində iştirak etmək üçün 219 gənc müraciət edib. Onlardan 20 nəfəri təlimlərdə iştirak etmək hüququ qazanıb və ictimaiyyətlə əlaqələr, digital marketinq, SMM və digər aidiyyəti istiqamətlər üzrə nəzəri, eləcə də praktiki biliklər əldə ediblər. Layihə çərçivəsində məzunlar yaxın bir ay ərzində ölkənin tanınmış reklam və PR şirkətlərində təcrübə keçəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.