CƏMİYYƏT


Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına start veriblər

Bakı, 11 may, AZƏRTAC

“For Azerbaijan” təşkilatının dəstəyi ilə “Tək millət, tək ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına start veriblər.

Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri Ucarda deputat Ramil Həsən ilə birlikdə qazi ailələrini ziyarət edib, “For Azerbaijan” təşkilatı adından bayram sovqatlarını həmin ailələrə çatdırıblar.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.

Sonra rayonda yaşayan 20 qazi ailəsi ziyarət olunub. Qırx dörd günlük Vətən müharibəsi zamanı göstərdikləri şücaətə görə qazilərə təşəkkür edilib, onlara cansağlığı arzulanıb.

Prezident İlham Əliyev tərəfindən şəhid və qazi ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların əhəmiyyətinin önəmi vurğulanıb.

Daha sonra Miqrasiya könüllüləri Beynəlxalq “For Azerbaijan” Təşkilatı adından Ramazan sovqatını ailələrə təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.