CƏMİYYƏT


Miqrasiya könüllüləri yeni layihəyə start verir

Bakı, 12 sentyabr, AZƏRTAC

Miqrasiya Könüllüləri gəncləri bir araya gətirmək, onları maraqlandıran məsələlərin həlli yollarını birlikdə araşdırmaq, fərdi inkişaflarına töhfə vermək və fəal müzakirə mühiti yaratmaq məqsədilə Gənclik İnkişaf Forumu layihəsinə başlayır.

Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində gənclərin sahələr üzrə peşəkar, təcrübəli şəxslərlə müzakirə formatında müxtəlif mövzularda görüşləri təşkil olunacaq. İştirakçılar müəyyən edilmiş mövzular ətrafında geniş müzakirələr aparmaq, təkliflər vermək, suallar ünvanlamaq, məlumat almaq imkanı qazanacaq, forumun qonaqları ilə daha yaxından tanış olacaqlar.

“Fərdi inkişaf strategiyaları” mövzusunda keçiriləcək Gənclik İnkişaf Forumunun birinci qonağı DMX-nin rəisi Vüsal Hüseynovdur.

Görüş sentyabrın 22-də saat 10:30-da Dövlət Miqrasiya Xidmətinin inzibati binasında təşkil olunacaq. Qeydiyyat üçün linkindən istifadə etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.