CƏMİYYƏT


Miqrasiya könüllülərinə sertifikatlar verilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Şəki Regional Miqrasiya İdarəsində “Miqrasiya könüllüsü-sən fərqlisən” layihəsi çərçivəsində fəaliyyətini uğurla başa vuran yeddi könüllüyə sertifikat verilib.

Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə son illər ölkədə könüllülük hərəkatının geniş vüsət alması müsbət hal kimi qiymətləndirilib. Dövlət tərəfindən könüllülərin daim diqqətdə saxlanıldığı vurğulanıb. Şəki Regional Miqrasiya İdarəsinin bölmə rəisi, kiçik miqrasiya xidməti müşaviri Rəşad Bağırov deyib ki, gənclərin miqrasiya orqanlarında təcrübə keçməsi onların gələcək əmək fəaliyyəti dövründə əhəmiyyətli rol oynayacaq.

Tədbir iştirakçılarına miqrasiya könüllüləri tərəfindən ötən müddət ərzində həyata keçirilmiş uğurlu layihələr barədə də məlumat verilib.

Sonda idarədə təcrübə keçmiş könüllülərə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.