CƏMİYYƏT


“Miqrasiya məktəbi-3” layihəsi çərçivəsində növbəti təlim keçirilib

Bakı, 27 aprel, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) “Miqrasiya Məktəbi-3” layihəsi çərçivəsində növbəti onlayn təlim keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, təlim “Miqrasiyanın idarə edilməsində beynəlxalq təşkilatların rolu” mövzusunda təşkil edilib.

Təlim BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin (BMT QAK) qaçqın statusunun müəyyənləşdirilməsi üzrə milli müşaviri İlkin Abdiyev və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) layihə rəhbəri Səltənət Məmmədova tərəfindən aparılıb.

Beynəlxalq təşkilatların, xüsusilə BMT QAK-ın və MSİBM-in miqrasiya proseslərinin səmərəli idarə olunmasındakı rolunun iştirakçılara izah edildiyi təlimdə təşkilatların bu sahədə dövlət orqanları ilə qarşılıqlı fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.