Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Miqrasiya qanunvericiliyinin müddəalarını pozan beş əcnəbi vətəndaş saxlanılıb

Miqrasiya qanunvericiliyinin müddəalarını pozan beş əcnəbi vətəndaş saxlanılıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) işgüzar səfər vizası əsasında Azərbaycana gələn və ölkədə olduqları müddətdə miqrasiya qanunvericiliyinin müddəalarını pozan 3 nəfər Nepal və 2 nəfər Hindistan Respublikası vətəndaşının qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılmasına dair məlumat yayıb.

DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılmış Nepal vətəndaşı Bhujel Suman, Hindistan vətəndaşları Ajrudeen və Christian Selinben Noyelkumar cari il iyulun 13-də, 27-də və 30-da işgüzar səfər vizası əsasında ölkəyə giriş ediblər. Onlar üçün müvafiq hüquqi şəxslər tərəfindən iş icazəsinin və iş icazəsi əsasında müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı avqustun 3-də, 5-də və 7-də Dövlət Miqrasiya Xidmətinə müraciət edilib. Müraciətə baxıldığı müddətdə hər üç əcnəbinin ölkədə olma müddəti, yəni viza müddətinin bitməsinə baxmayaraq müraciətə baxıldığı üçün həmin müddətdə onların ölkə ərazisində qalmaları qanuni hesab edilib. Hər üç əcnəbiyə 2019-cu il avqustun 19-da müvafiq icra hakimiyyəti orqanının rəyi əsas alınmaqla, işəgötürənin işçi qüvvəsinə tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olması səbəbindən iş və müvəqqəti yaşama icazələrinin verilməsindən imtina edilib. Əcnəbilərin viza müddətləri başa çatdığından onlara ölkəni tərk etmələri üçün 10 gün müddət verilib. Bu barədə müvafiq qərarların surətləri onlara təqdim olunub və həmin şəxslər qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlandırılıblar. Ancaq hər üç əcnəbi verilən müddətdə ölkəni tərk etməyib və müvafiq olaraq sentyabrın 12-də və 13-də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinə (ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırma) əsasən inzibati məsuliyyətə cəlb olunub.

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılmış daha 2 nəfər Nepal vətəndaşı - Sing Bahadur Tamang və Simon Chundara isə cari il iyunun 11-də və 15-də işgüzar səfər vizası əsasında ölkə ərazisinə giriş ediblər. Hər iki əcnəbi iyunun 23-də Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.0.6-1-ci maddəsinə (Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda) əsasən müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Təqdim olunmuş sənədlərə əsasən, əcnəbilərə iyulun 15-də və 18-də ilkin olaraq üç ay müddətinə müvəqqəti yaşama icazəsi verilib. Ancaq sonradan onların faktiki olaraq hər hansı hüquqi şəxsin rəhbəri və ya müavini olmaları deyil, Azərbaycan Respublikası vətəndaşına məxsus həyətyanı sahədə ev təsərrüfatı işlərinə cəlb edildikləri aşkarlanıb. Qeyd olunanlar həm həyətyanı sahənin sahibi olan şəxsin, həm də əcnəbilərin izahatı ilə təsdiqini tapıb. Əcnəbilərə verilmiş müvəqqəti yaşama icazələri avqustun 16-da ləğv edilib. Sentyabrın 13-də Miqrasiya Məcəlləsinin 79.1.1-ci və 79.2-ci maddələrinə uyğun olaraq, onlar barəsində kənara çıxarma haqqında qərar qəbul olunub. Əcnəbilər, barələrində qəbul olunan müvafiq qərarların surətləri təqdim olunmaqla qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlandırılıblar.

Şəxslərin hindistanlı turist olduğu, qanunsuz olaraq məsuliyyətə cəlb edildiyi, həbs olunduğu və ya hər hansı qeyri-insani rəftara məruz qaldıqlarına dair iddialar aparılıb, daxili araşdırma nəticəsində öz təsdiqini tapmayıb və həqiqətə uyğun olmadığı aşkarlanıb. Bundan başqa, aparılan araşdırma nəticəsində adıçəkilən əcnəbilər üçün ölkədə iş və müvəqqəti yaşama icazəsinin alınacağı və daha sonra üçüncü ölkələrə göndəriləcəkləri vədi ilə onlardan xeyli miqdarda pul alınmasına dair məlumatlar əldə olunub. Faktla bağlı materiallar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib.

Qeyd edək ki, miqrasiya qanunvericiliyinin tələblərini pozduqları üçün əcnəbilərin saxlama mərkəzlərinə yerləşdirilməsinə Dövlət Miqrasiya Xidməti tərəfindən sonuncu zəruri tədbir kimi müraciət olunur. Ölkədə olma və yaşaması üçün heç bir sənədi olmayan, miqrasiya qanunvericiliyinin tələblərini pozmuş və ölkədə yaşamasının leqallaşması hüquqi cəhətdən mümkün olmayan əcnəbilərə əvvəlcə ölkəni könüllü tərk etməsi təklif olunur.

Qanunsuz miqrantların saxlanılması mərkəzləri fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nın təsdiq edilməsi barədə 2016-cı il 24 avqust tarixli Qərarına uyğun olaraq təmin edir. Ombudsman Aparatının və Milli Preventiv Qrupun üzvləri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin işçiləri, əcnəbilərin vəkilləri, yaxın qohumları və sair şəxslər mərkəzdə saxlanılan əcnəbilərlə maneəsiz görüşə bilərlər. Həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən Mərkəzlərə vaxtaşırı turlar təşkil olunur.

Mərkəzə baş çəkmək, saxlanılan əcnəbilərlə görüşmək (həmçinin adıçəkilən əcnəbilərlə), orada yaradılan şəraitlə tanış olmaq istəyən mətbuat nümayəndələri və ya istənilən maraqlı şəxs Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı