CƏMİYYƏT


“Miqrasiya xidmətlərinin idarəedilməsi üzrə potensialın artırılması” adlı bilik mübadiləsi seminarı keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xidmət əməkdaşları üçün bilik mübadiləsi seminarı keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, təlim KOİCA tərəfindən “Miqrasiya xidmətlərinin idarəedilməsi üzrə potensialın artırılması” adlı təlim proqramı çərçivəsində Koreyaya təlim səfərləri nəticəsində əldə olunmuş bilik və təcrübənin paylaşılması məqsədi daşıyıb.

Seminar zamanı təlim proqramı çərçivəsində Koreyada təlimlərdə iştirak etmiş Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov Koreyada miqrasiya idarəçiliyi, bu sahədə siyasətlər və qanunvericilik haqqında ətraflı məlumat verib, bu təcrübələrin Azərbaycanda tətbiqinə dair fikirlərini bildirib.

Təlim zamanı, həmçinin Dövlət Miqrasiya Xidmətinin və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşəbbüsü ilə yaradılan Miqrasiya üzrə Regional Təlim Mərkəzi barədə təqdimat keçirilib.

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.