ELM VƏ TƏHSİL


Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunan hekayə müsabiqəsi

Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunan hekayə müsabiqəsi

Bakı, 6 mart, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında böyük yazıçı və alim Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş hekayə müsabiqəsi elan edir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Müsabiqəyə təqdim edilən hekayələrin həcmi 5000 işarədən artıq olmamalıdır. Yazılar Azərbaycan və rus dillərində təqdim edilə bilər. Hekayələr aprelin 5-dək [email protected]  ünvanına göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun bakalavr və magistrantları iştirak edə bilərlər. Təqdim olunmuş hekayələr Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunan elmi konfransda elan ediləcək, qaliblərə diplom və pul mükafatı veriləcək. I yer– 600 manat; II yer- 400 manat; III yer- 200 manat.

Qalib elan edilən hekayələr mətbuatda dərc olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.