Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Mir Cəlalın əsərləri dünənimizdən bu günümüzə və gələcəyimizə ədəbi-bədii körpüdür

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də görkəmli yazıçı, pedaqoq və alim Mir Cəlal Paşayevin vəfatının 42-ci ildönümü tamam olur. Qırx iki il bəzən bir insan ömrünə bərabər sayılır. Lakin Mir Cəlalın ədəbi və elmi irsi zaman çərçivəsini aşır. Böyük ədibi şəxsən tanıyanlar bu gün onun sadəliyi, xeyirxahlığı barədə ağızdolusu danışır, tədqiqatçılar bu görkəmli alimin irsinə dönə-dönə müraciət edir, ildən-ilə genişlənən oxucu auditoriyası isə yazıçının ədəbi dünyasının sehrinə düşür. Çünki onun əsərləri bu gün də həyatda, cəmiyyətdə, insanlar arasındakı münasibətlərdə bir çox məsələlərin mahiyyətinə bir işıq saçır. Hələ gənc yaşlarımdan tanış olduğum bu əsərlərə hər dəfə müraciət edəndə ondan yeni nəsə öyrənirəm.

Mir Cəlalın ədəbi irsi barədə bu fikirləri filologiya elmləri doktoru, Sankt-Peterburqda Pyotr Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü, Azərbaycanın Əməkdar müəllimi Qafar Hüseynov AZƏRTAC-a müsahibəsində deyib. O, həmçinin qeyd edib ki, əlbəttə, yaş ötdükcə insan xəyalən uşaqlıq dövrünə, gənclik illərinə qayıdır, xatirələrə dalır. Yadımdadır, 1975-ci ildə ilk dəfə Azərbaycana gələndə Naxçıvana, qohumlarımıza qonaq getmişdik. O zaman 7-8-ci sinifdə oxuyan xalaqızılarımın dərs əsnasında bir mübahisəsinin şahidi oldum. Azərbaycanda yaşamadığım üçün onların söylədiklərindən yalnız “İtə ataram, yada satmaram” sözlərini tuta bildim, lakin mənasını anlamadım. Bunu görən anam və qohumlarımız mənə həmin ifadənin mənasını izah etdilər. Doğma Vətənə qayıdandan sonra Azərbaycan ədəbiyyatında ilk dəfə oxuduğum kitablardan biri Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı oldu. O vaxta qədər isə Mopassanın, Çexovun, Kortasarın və digər yazıçı və şairlərin əsərlərini oxuyub çox bəyənmişdim. Elə bu əsərdən anladım ki, Mir Cəlal da mənim yazıçımdır.

Mir Cəlal Paşayevin satirik-yumoristik əsərləri və romanları müasir Azərbaycan ədəbiyyatına sanballı töhfədir. Ən başlıcası isə onun əsərləri yaşadığı dövrdən günümüzə ədəbi-bədii körpüdür. Yazıçı cəmiyyətin həyatını, dəyərlərini, qəhrəmanların düşüncə tərzini və davranışını o dərəcədə incəliklə verib ki, oxucu özünü həmin dövrdə hiss edir. Əlbəttə ki, ayrı-ayrı qəhrəmanların davranışı və məntiqi ilə razılaşmamaq olar, onların bu və ya digər hərəkətləri bizi sevindirə və ya əsəbləşdirə bilər. Lakin zaman fərqi getdikcə aradan qalxır və biz onları anlamağa başlayırıq. Yəni Mir Cəlalın qəhrəmanları ozamankı şəraitə “düşmüş” müasirlərimizdir. Respublikamızda 80-ci illərin sonunda və 90-cı illərdə cərəyan edən hadisələr “Bir gəncin manifesti” əsərində Sona xalanın “İtə ataram, yada satmaram” fikrinin aktuallığını bir daha göstərdi: əsrlərdən bəri xalqına məxsus olanı ən çətin vəziyyətdə belə zəiflik göstərib satmaq olmaz.

Bu gün az-az görüşdüyüm qohumlarımızla 45 il əvvəlki söhbəti xatırlayırıq və görürük ki, əsər haqqında, Baharın taleyi haqqında fikirlərimiz dəyişməyib. Polemikanın indi də davam etməsi bu mövzunun müasirliyini bir daha təsdiqləyir.

- Mir Cəlalın əsərləri qlobal dünyada nə dərəcədə aktualdır?

- Yaşadığımız dünyada, problemlər, təəssüf ki, çözülmür, əksinə, dərinləşir. Məsələn, müharibələr, silahlı münaqişələr insanların həyatında sağalmaz yara, dərin iz qoyur - Mir Cəlalın “Yetim” lirik miniatüründə olduğu kimi. Uşağın müvəqqəti himayə üçün verildiyi ailənin qayğısı da onu ovundura bilmir. Altı yaşlı oğlana hər şeyin arxada qaldığını söyləyəndə və yemək təklif ediləndə isə o, əvvəlcə ağlamaq üçün icazə istəyir. Bu əsər mənim üçün bir daş abidədir. Bu, miniatür yox, roman, bəlkə də ondan artıq təsir bağışlayır. Yazıçı əsərdə müharibə, təxliyə, yetimlik, rəhmdillik problemlərini qoyur. İnsanlara müharibənin, düşmənçiliyin, yoxsulluğun, qəddarlığın qarşısını almağın vacibliyini aşılayır. Oğlanın ağlaması sadəcə göz yaşları deyil, bəşəriyyətin, insanlığın fəryadıdır, müharibəni dayandırmaq, gələcək nəslin tərbiyəsinə diqqət etmək üçün bir çağırışdır. Bu məqamda Çingiz Aytmatovun “Ağ gəmi” povestindəki oğlan yada düşür. O, insanların Ana Maralı parçaladığını görəndə daim arzuladığı balıq kimi sularda yaşamağın daha gözəl olduğunu düşünür və xəyalındakı dünyaya getmək üçün İssıkgölün sularında qərq olur.

Mir Cəlal, həmçinin diqqətə çatdırır ki, ehtiyac, yoxsulluq uşaqları vaxtından əvvəl “böyüdür” - “Badam ağacları”nda olduğu kimi. Altı yaşlı Ədalətin timsalında oxucu nəinki qızın, gələcək həyatını badam ağacları olmadan təsvir edə bilməyən atanın çəkdiyi iztirabı görür. Cəfər Cabbarlının “Dilarə” hekayəsi də acı sonluqla bitir. Müharibələrin, yoxsulluğun tüğyan etdiyi ölkələrdə, qaçqın həyatı sürən insanların taleyində belə acı sonluq indi də müşahidə olunur.

- Siz uşaqlıq illərindən danışdınız. Mir Cəlalın qəhrəmanları arasında uşaqlar da çoxdur...

- Böyük yazıçı uşaqların davranışını, düşüncə tərzini əks etdirən, ilk baxışda sadə görünən, lakin həlledici anda insanı qətiyyətli addım atmağa sövq edən qısa dialoqlarla, replikalarla müxtəlif problemlərə münasibət bildirir. Hətta bəzən oxucuya göstərir ki, uşaqlardan nəyisə öyrənmək mümkündür. Məsələn, “İki hakim” hekayəsində yazıçının qələmi ilə balaca Tofiq ailə problemini sadə şəkildə həll edir və ailəni dağılmağa qoymur. Bu da özlüyündə bir mənəviyyat dərsidir. Yaxud “Qocaların uşaq söhbəti” hekayəsində iki babanın nəvələri İşığa qayğı göstərmək rəqabətinə balaca qız bağçaya getmək istəyilə son qoyur. Hekayəni ilk dəfə oxuyandan sonra burada təsvir olunanlar mənə çox tanış gəldi: ya bunu başqa bir yerdə oxumuşam, ya da kimdənsə eşitmişəm. Əslində isə heç biri olmayıb. Bu, babalarımıza xas keyfiyyətdir, onların nəvə sevgisidir. Belə hekayəni oxuyandan sonra insan necə də uşaqlıq dövrünə, məktəb illərinə qayıtmaq istəyir.

-Yazıçı, pedaqoq Mir Cəlalın hekayələrində müəllim obrazı barədə nə deyərdiniz?

- Mir Cəlal üçün müəllim müqəddəs peşə sahibidir. O, qəhrəmanını – müəllimi müxtəlif şəraitdə təsvir edərək bu peşənin sahibi üçün ən gözəl dəyərləri ümumiləşdirib. Onun əsərlərini oxuyanda insan müəllim olmaq istəyir. Təəssüf ki, bu gün Azərbaycanda müəllim əməyinə bədii ədəbiyyatda Mir Cəlal yaradıcılığında olduğu qədər yüksək dəyər verən əsərlər azdır. Digər tərəfdən, müəllim adı bəzən arzuolunmaz hadisələrdə çəkiləndə insanın ürəyi ağrıyır. Yaxud gənclər ucqar kənd məktəblərinə işləməyə həvəssiz gedir. Halbuki ucqar yerlərdə müəllimin şəxsiyyəti, peşəkarlığı və istedadı ona bütöv yaradıcılıq laboratoriyası yaratmağa imkan verir - “Ləyaqət” hekayəsində olduğu kimi.

“Nazik mətləb” hekayəsinin qəhrəmanı isə həvəslə, yorulmadan dərs deyən, nəinki şagirdlərində, onların valideynlərində də xoş təəssürat doğurmağa çalışan, peşəsini qəlbən sevən bir müəllimdir. İyirmi yaşlı bu müəllimin on altı yaşlı şagirdi Zivərə münasibəti də xoşniyyətlidir. Müxtəlif düşüncəli insanların yaşadığı kənddə nə şagirdi üçün problem yaranmasına, nə də müəllim adına xoşagəlməz söz deyilməməsi üçün oranı tərk edir.

Onu da qeyd deyim ki, Mir Cəlal təmiz əxlaq, tərbiyə, doğruluq kimi keyfiyyətləri cəmiyyətə təkcə müəllim obrazı vasitəsilə çatdırmayıb. Məsələn, “Yalan yeriməz” hekayəsində Bəşirin faciəli durumuna səbəb olan onun valideynidir. Yəni ona yalan danışmaq evdə anasından keçir və bu, Bəşirdə adət halını alır. Müəllif demək istəyir ki, ananın övladına verdiyi tərbiyədən çox şey asılıdır. Düz danışmaq azad, qorxusuz yaşamaq deməkdir. Bu hekayəni A.Nekrasovun “Xoşəxlaq insan” əsəri ilə də müqayisə etmək olar. Eləcə də Mir Cəlalın “Plovdan sonra” hekayəsində yanlış tərbiyənin doğurduğu fəsadlar öz əksini tapıb.

-Sizin “Mir Cəlalın vedutaları” adlı kitabınız Moskvanın oxucu auditoriyasına təqdim edilib...

-Əslində mən bu barədə yazmağı çoxdan fikirləşirdim. Çünki Mir Cəlalın əsərləri həm bəşəri, həm də milli dəyərləri ehtiva edir. Onun hekayələrində və romanlarında insana, həyata sevgi duyulur. “Leyla” hekayəsi oxucuya sevmək, sevdiyinə sadiq qalmaq, həqiqəti öyrənmək bacarığını aşılayır. Əsl insan müharibə də insan olaraq qalır. Sevgi isə daha da möhkəmlənir. Bu hekayə mənə Konstantin Simonovun “Gözlə məni” şeirini xatırladır. Hər iki müəllif qadının mətanətini, əzmini tərənnüm edib.

Bəzən isə həyatın keşməkeşli yollarında zəiflik göstərən insanlar sonda vicdanı ilə üz-üzə qalır - “Vicdan mühakiməsi” hekayəsində olduğu kimi. Körpənin gənc anası tərəfindən atılması və başqalarının götürüb saxlaması, illər sonra buna görə keçirilən peşmanlıq hissi müasir dövrümüz üçün də aktualdır.

İstər hekayələrində, istərsə də “Dirilən adam”, “Açıq kitab” və digər romanlarında Mir Cəlal insanın daxili aləminə nüfuz etməyə çalışır, onun mənəvi-əxlaqi dünyasına – gözəlliyə və eybəcərliyə daha çox diqqət yetirir. Bütün bunlar isə ədibin yaradıcılığını bəşəri edir. Eyni zamanda, azərbaycançılıq ideologiyası Mir Cəlalın əsərlərində xüsusi yer tutur ki, xalqımızın mənəvi dəyərlərinin təbliği baxımından onun əsəri yaradıcılığı haqqında Moskvada kitab nəşr edilməsini məqsədəuyğun bildim. Demək istəyirəm ki, Mir Cəlalın aşıladığı keyfiyyətlər dünya oxucu auditoriyası uçun aktualdır. Xatırladım ki, yazıçının 100 illik yubileyi UNESCO səviyyəsində qeyd edilib.

Böyük ədibin əsərlərini rəssamlıq sənətində olan veduta janrı ilə müqayisə edərdim. XVI-XVIII əsrlərdə vedutalar şəhəri və onun ətrafını topoqrafik dəqiqliklə təsvir edən əsərlər idi. Ən yaxşı veduta ustaları təsvirin müstəsna dərəcədə həqiqiliyini poetik çalarlarla biləşdirirdilər. Düşünürəm ki, Mir Cəlalın əsərləri Venesiya rəssamlarının tablolarına çox yaxındır. Necə ki o tablolara hər dəfə diqqətlə baxılır və yeni nəsə gözə çarpır, eynən Mir Cəlalın əsərlərini hər dəfə oxuyanda ondan nəsə öyrənmək olur.

Nəhayət, ədibin qəhrəmanları şəxsən mənim hərəkətlərim, emosiyalarım, yaşadıqlarım üçün bir ölçü meyarıdır. Düşündüklərim, bəzən özüm-özümlə apardığım mübahisələrdən çıxış yolu yazıçının qəhrəmanları ilə müqayisədə tapılır. Onu oxuyandan sonra bədii ədəbiyyatda öz hisslərimlə, yaşadıqlarımla müqayisə etmək üçün qəhrəmanlar axtarmağa başladım. Məhz bu qəhrəmanlardan sonra mən digər əsərlərdə kimi axtarmaq, kimlə dost olmaq lazım olduğunu anladım. İnsan sevdiyi qəhrəmanlarla isə - qoy ədəbi qəhrəman olsun - həmişə görüşmək istəyir.

Qeyd edək ki, müsahibimiz Qafar Hüseynov Qazaxıstanda dünyaya göz açıb. Sovet dövrünün repressiya dalğası onun da qohumlarından yan keçməyib. Hazırda Bakıda yaşayır. Ədəbiyyatşünaslığın bir sıra problemləri haqqında kitabların müəllifidir. Əsərləri Bakı, Moskva, Sankt-Peterburq, Kiyev, Tbilisi, Aşqabad, Taldı-Kurqan, Daşkənd, Nijnevartovsk və digər şəhərlərdə nəşr edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək