Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivinin və şəxsən mənim ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə firavanlıq, nikbinlik, sülh və Azərbaycan xalqının tərəqqisi naminə səmərəli fəaliyyətinizdə uğurlar arzuladığımı bildirim. Sizi əmin edirik ki, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Respublikasının həyatını və orada baş verən hadisələri bundan sonra da obyektiv və geniş işıqlandıracaq.

Səmimi hörmət və ən xoş arzularla,

 

Radik Batırşin

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin