Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının dövlət bayramı – Müstəqillik Günü münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbrikləri qəbul edin.

İcazə verin, Sizin respublikaya, bütün Azərbaycan xalqına sülh, sabitlik və firavanlıq, beynəlxalq birliyin bütün üzvləri ilə mehriban qonşuluq münasibətlərinin daha da möhkəmlənməsini arzu edim.

Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti respublikanızın həyatını və orada baş verən hadisələri bundan sonra da çox geniş və tam işıqlandıracaq.

Dərin hörmətlə,

 

Radik Batırşin

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin