RƏSMİ XRONİKA
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən
Zati-aliləri,
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin çoxmillətli kollektivi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. İcazə verin, Zati-alinizə ən xoş arzularımı, möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə uğurlar diləyimi çatdırım.
Bu gözəl fürsətdən istifadə edərək Sizə, doğmalarınıza və yaxınlarınıza bir daha səmimi təbriklərimi çatdırıram.
Dərin hörmətlə,
Radik Batırşin
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri