CƏMİYYƏT


Mirhəsən Seyidov: Türk Şurası Gənc Liderlərinin Forumu qardaş xalqlarımızın və ölkələrimizin birliyinin göstəricisidir

Bakı, 27 noyabr, AZƏRTAC

Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu qardaş ölkələrimiz arasında əməkdaşlığın inkişafında gənclərin rolunun artırılması baxımından önəmli rol oynayacaq.

Bu fikri Forumda iştirak edən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov AZƏRTAC-a açıqlamasında deyib.

M.Seyidov deyib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu və türk dünyasını birliyə səsləyən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması qardaş xalqlarımız və ölkələrimiz arasında münasibətlərin inkişafı yönündə atılan vacib addımlardan biri idi. Bu gün eyni dildə danışdığımız və eyni mədəniyyətə sahib olduğumuz qardaş ölkələrlə birliyin gücləndirilməsi inkişafın təməl sütunlarından biridir.

Davamlı olaraq keçirilən görüşlərdə türkdilli ölkələr arasında münasibətlərin gücləndirilməsinə dair müzakirələrin aparıldığını, təkliflərin səsləndirildiyini vurğulayan M.Seyidov bildirib ki, dörd ölkənin gənc liderlər platformasının yaradılması bu prosesdə gəncliyin rolunun artırılması baxımından çox əhəmiyyətlidir. Belə tədbirlərdə Türk Şurasına üzv ölkələrdə gənclərin sosial problemlərinin həlli yolları barədə fikirlər səsləndirilir. Eyni soykökə, ortaq mədəniyyətə və tarixə malik türkdilli ölkələrin gəncləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafına səbəb olan Türk Şurası və həyata keçirilən forumlar tariximiz və dəyərlərimiz haqqında daha çox gəncin məlumatlanmasına səbəb olur. Eyni zamanda, türkdilli ölkələrin gənclərinin geniş əməkdaşlıq şəbəkəsi yaranır. Bu forumlar və Türk Şurası türk dünyasının birliyinin bariz nümunəsi, həmrəyliyimizin, qardaşlığımızın göstəricisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.