CƏMİYYƏT


Mirsalam Qənbərov: Hazırda su qıtlığı özünü büruzə verir

Bakı, 4 may, AZƏRTAC

Hazırda su qıtlığı özünü büruzə verir.

AZƏRTAC xəbər verir ki, bunu “Ekspert saatı”nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, istifadə olunan, mənbədən götürülən su ancaq içmək və daha vacib olan məqsədlər üçündür: “Həmin sudan bağçaları suvarmaq, kilim, palaz yumaq üçün istifadə olunmamalıdır. Tullantı sular bütün yaşıllıqların suvarılmasında, avtoyuma məntəqələrində və müəyyən müəssisələrdə istifadə olunmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.