Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Mirsalam Qənbərov: Köhnə avtonəqliyyat vasitələrinin vurduğu zərər təkcə atmosferi çirkləndirməklə yekunlaşmır

Mirsalam Qənbərov: Köhnə avtonəqliyyat vasitələrinin vurduğu zərər təkcə atmosferi çirkləndirməklə yekunlaşmır

Bakı, 21 may, AZƏRTAC

Avtomobillərin atmosferi çirkləndirməsinin qarşısının almaq üçün ictimai şüurda formalaşan vətəndaş münasibəti olmalı, eyni zamanda dövlət tərəfindən qərarla tənzimlənən tədbirlər həyata keçirilməlidir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.

Nazirlik rəsmisi, həmçinin bildirib: “Dəfələrlə qeyd etdiyimiz kimi atmosferi çirkləndirən mənbələr arasında avtonəqliyyat vasitələri ön sıralarda yer alır. Məlumdur ki, atmosfer havasına atılan tullantıların 75 faizi nəqliyyat vasitələrinin payına düşür. Avtonəqliyyat vasitələrinin ətraf mühiti çirkləndirməsinə səbəb nədir? Bunun başlıca səbəbi ölkəyə köhnə avtomobillərin idxal edilməsidir. Təhlillər göstərir ki, idxal zamanı ekoloji faktorlar, demək olar ki, nəzərə alınmır. Başqa ölkədə ekoloji baxımdan istismarı qadağan olunan nəqliyyat vasitələri maneəsiz olaraq ölkəmizə gətirilir. Vətəndaşlar aldığı həmin avtonəqliyyat vasitələrinin ətraf mühiti çirkləndirdiyinin, özünün, ailəsinin sağlamlığına təhlükə törətdiyinin fərqinə varmırlar.

Köhnə avtomobillərin vurduğu zərər təkcə atmosfer havasını çirkləndirməklə yekunlaşmır. Həmin maşınlarda tez-tez texniki nasazlıqlar yaranır. Demək olar ki, hər gün ölkəmizdə baş verən avtomobil qəzalarının yarıdan çoxu həmin avtonəqliyyat vasitələrinin texniki cəhətdən nasaz olması ilə bağlıdır. Qəzalar nəticəsində neçə-neçə ailə gözüyaşlı qalır, insanlar ağır xəsarətlər alır. Bu tip avtomobillər can alır, sağlamlığa ağır zərər vurur, tez-tez nasazlıq yarandığı üçün əlavə xərclərə səbəb olur. Əslində qiyməti nisbətən ucuz olan belə avtomobillərin yaratdığı problemlər, vurduğu ziyanlar ölçüyəgəlməzdir. Onu da xüsusi qeyd edim ki, Azərbaycanda avtoqəzalarda ölənlərin sayı digər Avropa ölkələrinə nisbətən 4-5 dəfə çoxdur. Bununla yanaşı, həmin maşınlar bir neçə ildən sonra istifadəyə yararsız olur, tullantıya çevrilir və nəticədə utilizasiyaya ehtiyac yaranır”.

M.Qənbərov qeyd edib ki, avtonəqliyyat vasitələrinin atmosferi çirkləndirməsinin qarşısını almaq təkcə bir neçə qurumun işi deyil, problemin həlli üçün ictimaiyyətin birgə mübarizə aparması vacibdir: “Məsələnin həlli kompleks yanaşma tələb edir. Bu zaman ictimaiyyət nümayəndələri, dövlət qurumları, kütləvi informasiya vasitələrinin təmsilçiləri öz səylərini birləşdirməli, birgə addım atmalıdırlar. Belə ki, dünya təcrübəsindən yararlanmalı, problemi müzakirə mənbəyinə çevirməli, əhalinin məlumatlılığının artırılması istiqamətində ciddi tədbirlər görülməli, iqtisadi və ekoloji baxımdan tarazlılıq yaradılması üçün dövlətin qərarı və ya qaydaları olmalıdır.

Dünya təcrübəsində nəqliyyat vasitələrinin idxalı zamanı müvafiq göstəricilər müəyyənləşdirilir və nəticədə ölkəyə gətirilib-gətirilməməsinə qərar verilir. Ölkə daxilində istismar olunan nəqliyyat vasitələrinin şəhərin mərkəzinə, müəyyən yerlərə daxil olmasına məhdudiyyətlər qoyulur. Həmin avtonəqliyyat vasitələri ildə bir dəfə texniki baxışdan keçirilir və onun rüsumu digərlərindən yüksək olur.

Hazırda avtonəqliyyat vasitələrinə müvafiq Avro standartlarının tətbiqi, yanacağın keyfiyyətinin yüksəldilməsi, alternativ enerji ilə işləyən maşınların istismarı dünya gündəmindədir. Avro standartlar həm yanacağın tərkibi, həm də avtomobillərin texniki vəziyyəti ilə bağlı yüksək tələb qoyur. İstehsal olunan avtomobillərə elə zavodda tüstü qazlarını zərərsizləşdirmək üçün xüsusi təmizləyici qurğular - katalizatorlar quraşdırılır və bu qurğuların keyfiyyətinə mütəmadi nəzarət olunur. Təəssüf ki, yanacağın keyfiyyəti və digər səbəblərdən həmin katalizatorlar mühərrikin normal işləməsini əngəllədiyi üçün çıxardılır və nəticədə zəhərli tüstü qazları “yaylım” formada birbaşa atmosferə atılır. Burada məlumatlılıq, ictimai qınaq çox önəmlidir. Belə ki, köhnə avtomobillərin hansı fəsadları yaratması, mühərrikdə işlənmiş tüstü qazlarının insan sağlamlığına zərəri, əmələ gətirdiyi xəstəliklər təbliğ olunmalıdır. Əminəm ki, əhalinin müəyyən qismi bunu başa düşəcək və bu istiqamətdə ictimai qınaq da formalaşacaq. O zaman bu problemin həlli istiqamətində addımlar atılmış olacaq. Ona görə də bütün bunlar təhlil olunmalı, ekspertlər öz fikir və rəylərini formalaşdırmalı, cəmiyyətə çatdırmalıdırlar. Hesab edirəm ki, bunun üçün kütləvi informasiya vasitələrinin dəstəyi çox önəmlidir”.

Mütəxəssis bildirib ki, ekopostlar bu problemin həllində müəyyən dərəcədə kömək göstərir. Lakin köhnə avtomobillər ekopostlarda ekoloji baxışdan keçsələr də, yenə də ətraf mühit üçün bir yük olaraq qalmaqdadır. Həmin avtomobillərin ölkəyə daxil olmasına görə rüsumlar və mümkün müvafiq məhdudiyyətlər tətbiq edilməlidir. Nəfəs aldığımız havanın çirklənməsinin qarşısının alınması üçün tıxaclar aradan qaldırılmalı, alternativ enerji ilə işləyən maşınlara üstünlük verilməli, əhaliyə xidmət göstərən ictimai nəqliyyat vasitələri cəlbedici olmalıdır. Atmosferi çirkləndirməyən tramvay, trolleybusların istismarı, geniş yolların və yaşıllıqların salınması da problemin həlli istiqamətinə yönəlmiş tədbirlər sırasındadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik