CƏMİYYƏT


Mirzə Ələkbər Sabirin nəticəsi: Azad olunmuş torpaqlara ayaq basmaq, Şuşa havası ilə nəfəs almaq fürsəti əldə etmək əvəzolunmaz hissdir

Bakı, 2 avqust, Elmir Səftərov, AZƏRTAC

Ümumilikdə Yay Düşərgəsi ideyası gənclərin asudə vaxtının faydalı keçirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu Düşərgə vacib əhəmiyyət daşıyan məsələlərlə bağlıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Mirzə Ələkbər Sabirin ABŞ-da yaşayan nəticəsi Türkan Tahirli söyləyib.

Türkan Tahirli bildirib ki, diaspor, onun vəzifələri, birgə əməkdaşlıq və bu kimi məsələlərin müzakirəsi onu çox sevindirir.

"İşğaldan azad olmuş torpaqlara ayaq basmaq, Böyük Qayıdışın ilk addımlarının şahidi olmaq, Şuşa havası ilə nəfəs almaq fürsətinin isə əvəzolunmaz dəyəri var",- deyə o vurğulayıb.

Mirzə Ələkbər Sabirin nəticəsi deyib: "Bir fərd olaraq çox böyük işlər gördüyümü deyə bilmərəm. Amma diaspor tədbirlərində, aksiyalarda mümkün qədər fəal olmağa çalışıram. Əcnəbi dostlarıma, tanışlarıma Azərbaycanın mövqeyi haqqında mütəmadi məlumatlar verirəm. Güman edirəm ki, bundan sonra fəaliyyətimi artırmaq imkanlarım daha çox olacaq. Bu baxımdan da diaspor nümayəndələri ilə görüşmək, onlarla təmasda olmaq, fikir mübadiləsi aparmaq çox önəmlidir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.