REGİONLAR


Mirzə Əliyev: İstəyirik ki, müasir texnikalarla maraqlanan fermerlərə yerindəcə xidmət göstərilsin

İsmayıllı, 18 sentyabr, Adil Ağayev, AZƏRTAC

Aqrar sektorda müasir texnologiyanın tətbiqi nəinki yüksək məhsuldarlığa nail olunmasında, habelə əl əməyinin yüngülləşməsində zəruridir. Bəs, respublikamızda bu istiqamətdə nə kimi işlər görülür?

AZƏRTAC-ın bölgə müxbirinin suallını cavablandıran Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib: “Kənd təsərrüfatı Azərbaycanda qeyri-neft sektorunun ən vacib istiqamətlərindən biridir. İqtisadiyyatın digər sahələrində olduğu kimi, innovativ texnologiyalardan istifadə aqrar sektorda məhsuldarlığın artmasına, insanların əl əməyinin yüngülləşməsinə və eyni zamanda, yüksək məhsuldarlıq əldə olunması baxımından da çox vacibdir. Bu, günün tələbidir, fəaliyyətimizin qaçılmaz istiqamətlərindən biridir”.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev sözünə davam edərək vurğulayıb ki, məhsul yığımı əsasən payız aylarına təsadüf edir. Burada hava şəraiti və digər amillər məhsulun tez və vaxtında yığılmasını zərurətə çevirir. Əks təqdirdə ciddi itkilər ola bilər. Ona görə də bu gün dünyanın ən inkişaf etmiş ölkələrinin - Almaniyanın, İtaliyanın, Fransanın ən qabaqcıl texnologiyalarının tətbiqi, bu texnologiyalar barədə fermerlərimizin məlumatlandırılması və onlara hərtərəfli dəstək göstərilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

“Bu gün İsmayıllıda keçirilən “Kartof festivalı” kimi tədbirlərdə fermerlərlə yanaşı, maliyyə qurumlarının nümayəndələrinin də iştirakı təmin edilir ki, müasir texnikalarla maraqlanan şəxslərə yerindəcə xidmət göstərilsin, onlar üçün bu texnikalardan istifadə əlçatan olsun”, - deyə M.Əliyev əlavə edib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi fermerlərin kənd təsərrüfatı məhsulları istehsalında müasir texnika və texnologiyalardan istifadəsini artırmaq məqsədilə ixtisaslaşmış texnikalarla tanışlıq tədbirlərinə start verib. “Kartof festivalı” adlanan ilk belə tədbir sentyabrın 18-də İsmayıllıda təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.