MƏDƏNİYYƏT
Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi Dünya Muzeylər Gününə hazırlaşır
Tbilisi, 11 may, AZƏRTAC
Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi 18 May-Dünya Muzeylər Gününə ciddi hazırlaşır.
Bu barədə AZƏRTAC-a mərkəzin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva məlumat verib.
Onun sözlərinə görə, muzey builki tədbirdə fərqli ekspozisiya ilə çıxış edəcək. Bunun üçün artıq hazırlıq işlərinə başlanılıb. Builki beynəlxalq tədbirdə Tbilisidəki daha bir muzey – Nəriman Nərimanovun Ev-Muzeyi də iştirak edəcək. Bunun üçün bu muzeydə də müvafiq tədbirlər görülür.
L.Əliyeva deyib: “Məqsədimiz qalib Azərbaycanın mədəniyyətini, incəsənətini daha parlaq və geniş təbliğ etməkdir. Bunun üçün zəngin tədbirlər proqramı hazırlanıb. Azərbaycanın Gürcüstandakı səfirliyinin də dəstəkləyəcəyi tədbir möhtəşəmliyi və müxtəlifliyi ilə əvvəlkilərdən əsaslı surətdə fərqlənəcək”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]